Gəncədə qeyri-rəsmi nigaha girənlərin sayı artıb

Gəncədə qeyri-rəsmi nigaha girənlərin sayı artıb

Bəzi qadınlar nədənsə nigahsız yaşamağı dövlət kəbini ilə evlənməkdən daha üstün tutur. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Hilalə Məmişova da məhz belə şəxslərdindir. 2000-ci ildə hələ azyaşlı ikən ailə quran qadın 2002-ği ildə övlad sahibi olub, 2004-cü ildə isə boşanıb. İndi isə öz hüquqlarını təmin edə bilmir.


Bəs görəsən dövlət qeydyyatı olmadan ailə quranların hansı problemləri gündəmə gəlir? Sualımızı Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin rəisi Samirə Kazımova cavabdlandırır. Dövlət məmuru qeyd edir ki, atalıq hüququnun təmin edilməsi və qadına alimentin kəsilməsi kimi problemlər yaranır. Yəni dövlətin nəzərdə tutduğu bəzi ayırmalardan nigahsız yaşayan qadınlar yararlana bilmir.

Digər məsələ isə mülkiyyət hüququ ilə bağlıdır. Ailə ayrılan zaman qanunla yeni doğulan uşağa mülkiyyət hüququ düşsə də nigahın olmaması nəticədə qadını və körpəni bu hüqüqdan məhrum edir.


Rəsmi statistka da deyilənləri təsdiq etməkdədir. Təkcə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsində son bir il ərzində 400-dən artıq analoji fakt qeydə alınıb. Hüquqresurs Mərkəzinə isə bu kimi şikayətlə təxminən 47 nəfər müraciət edib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə