Xaçmaz Elektrik Şəbəkəsində (EŞ) 2011-ci ilin son üç ayı ərzində 10 kV-lik "RTS", I "Şəhər", "Pivə zavod", "Telestudiya" və digər xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, EŞ-də o cümlədən 3,7 kilometrdən artıq AS markalı naqil və 145 ədəd izolyator yenisi ilə əvəz edilib, müxtəlif gərginlikli (10 və 0,4 kV-lik) EVX-lərin isə 59 kilometrə yaxın hissəsi təmir olunub. Eyni zamanda 19 ədəd dayaq yenisi ilə əvəzlənib və eyni sayda dayaqda isə təmir işləri aparılıb.
Qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10-0,4 kV-lik şəbəkələrdə texnoloji itkilərin azaldılması məqsədilə müəyyən edilmiş işlər sözügedən dövr ərzində də icra olunub. Həmçinin 10 kV-lik "Nizova" hava xəttindən (HX) qidalanan 250 KVA, eynigərginlikli II "Şəhər" HX-dən qidalanan 180 KVA transformatorlar yükə uyğun yeni transformatorlarla əvəzlənib. Bütün bunlarla yanaşı, sözügedən dövr ərzində 24 ədəd komplekt transformator məntəqəsində (KTM) də müxtəlif təyinatlı təmir işləri aparılıb və transformatorlara xeyli miqdarda yağ əlavə olunub.
Quba EŞ-də də ötən ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan paylayıcı şəbəkələrdə bir sıra mühüm işlər həyata keçirilib. O cümlədən, 35 kV-lik "Quba", "Nasos", "Kanal" və digər yarımstansiyalarda ümumilikdə sözügedən dövr ərzində 5 ədəd yağ açarı müasir tipli vakuum açarı ilə əvəzlənib. Eyni zamanda 10 kV-lik "Küpçal" və "Qanköçürmə" HX-nin Qəçrəş yolu yaşayış massivindən keçən hissəsində 3 kilometr məsafədə yeni dəmir-beton dayaqlarla iki dövrəli tikilərək istismara verilib.
Analoji yenidənqurma işləri 6 kV-lik 3 saylı fiderin Fətəli Xan və Memar Əcəmi küçəsindən keçən hissəsində də aparılıb. Eyni zamanda Xucbala kəndində Quba-Qusar magistral yolunun kənarında 2 kilometr məsafədə yeni 50 ədəd dəmir-beton dayaqlar quraşdırılaraq SİP kabel xətti çəkilib. Ümumilikdə, burada sözügedən dövr ərzində 56 kilometrə yaxın 10, 6 və 0,4 kV-lik xətlərdə təmir işləri aparılıb, 90-dan artıq dayaq dəmir-beton dayaqlarla və 2 kilometr naqil yenisi ilə əvəz edilib.
Müəssisə üzrə texnoloji itkilərin azaldılması istiqamətində də müəyyən işlər görülüb və gücləri 20 və 160 KVA olmaqla hər biri bir ədəd, 100 KVA gücündə isə 2 ədəd transformator məntəqəsində (TM) sxemdən çıxarılaraq onların yükləri daha güclü TM-lərə köçürülüb. Eyni zamanda Aşağı Xuc kəndində 100 KVA, Küçeyi kəndində isə 180 KVA transformatorlar yükə uyğun yeni transformatorlarla əvəz edilib. Bütün bunlarla yanaşı, sözügedən dövr ərzində 42 ədəd TM-də və 31 ədəd transformatorda da təmir işləri aparılaraq qış mövsümünə hazır vəziyyətə gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB