Vergilər Nazirliyində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Nazirliyin Analitik İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, mərasimdə çıxış edən Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiyanın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdüyünü qeyd edib: "Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar".
Tədbirdə xüsusi vurğulanıb ki, bu gün də Azərbaycan xalqı 20 Yanvar qurbanlarına və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşır. Bildirilib ki, Prezident İlham Əliyev şəhid ailələrini daim diqqətdə saxlayır, onların ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə bağlı konkret tədbirlər həyata keçirir.
Tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində təşkil edilmiş 20 Yanvar faciəsindən bəhs edən kitab və fotoşəkil sərgisi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB