“22 ildir unutmuruq!” internet aksiyası başladı

“22 ildir unutmuruq!” internet aksiyası başladı

Gənclər üçün Təhsil Mərkəzi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq "22 ildir unutmuruq!" adlı internet aksiyaya başladı.

SİA-nın xəbərinə görə, Mərkəzin Bakı və bir neçə regional ofisində başlayan aksiya çərçivəsində müəyyən edilmiş qrafikə uyğun olaraq gənclər növbəli şəkildə internet vasitəsi ilə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərirlər. Artıq yüzlərlə gənc bu aksiyaya qoşulublar.

Bir neçə gün davam edəcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 22 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Qeyd edək ki, aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq dünyanın müxtəlif ölkələrində təhsil alan Mərkəz üzvləri tərəfindən də həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə