İsmət Abasov Almaniyada səfərdədir

İsmət Abasov Almaniyada səfərdədir

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Almaniya Federativ Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Müdafiəsi naziri xanım İlze Ayqnerin, Berlin şəhərinin meri Klaus Voveraytın və Berlin şəhərinin Sərgi və Yarmarkalar təşkilatının rəhbərliyinin dəvəti ilə "Beynəlxalq Yaşıl Həftə-2012" sərgisində iştirak etmək məqsədilə Almaniyada səfərdədir.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir "Mərkəzi və Şərqi Avropada, Mərkəzi Asiyada və Qafqazda qida məhsulları və kənd təsərrüfatı texnikalarının maliyyələşdirilmə sistemləri" mövzusunda keçiriləcək tədbirdə, eyni zamanda "Yaşıl həftə" sərgisinin açılışında iştirak edəcək.

Həmçinin nazir İsmət Abasovun Azərbaycanın ölkə pavilyonu ilə tanışlığı və bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşü nəzərdə tutulub. İsmət Abasov kənd təsərrüfatı nazirlərinin zirvə görüşündə iştirak edəcək və zirvə görüşü zamanı Latviyanın kənd təsərrüfatı naziri xanım Strauyuma Laimdota ilə görüşəcək. Sabah "Yaşıl Həftə" sərgisi çərçivəsində Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyəti və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov "Azərbaycanda kənd təsərrüfatının inkişafı" mövzusuna dair çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə