Son zamanlar müəyyən sosial problemlərin çətinliyi gənclər arasında intiharların artmasına səbəb olub. Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıqov SİA-ya açıqlamasında deyib ki, hər bir inkişaf etmiş ölkədə problemlər çox olur, lakin onların səbəbləri müxtəlifdir. Onun sözlərinə görə, təhlillər göstərib ki, bu problemlərin əsas səbəbi iqtisadi, sosial məsələlərədn daha çox mənəviyyatdan, insanın sosial davranışından asılıdır: "Son zamanlar assosial davranış bütün inkişaf etmiş ölkələrin bəlasıdır. Gənclər uşaq yaşlarından kompyuter, internet və ya virtual aləmə maraq göstərir. Bu da onları real aləmdən bir qədər uzaqlaşdırır. İnsan bir var cəmiyyətdə olsun, insanlarla qaynayıb-qarışsın. Birdə var ki, tək-tənha kompyuter qabağında oturub hadisələrdən agah olsun. Bu real aləmdən kənardır. O virtual aləmə qoşulduqca, real aləmdən bir o qədər kənarlaşır.
İnternetdə hər şey olduğu halda gənclərin cəmiyyətdən necə uzaqlaşmasına gəlincə, Qədəmşah Sadıqov vurğulayıb ki, bu virtual aləmdir. Onun sözlərinə görə, insan öncədən belə formalaşanda cəmiyyətdə öz yerini tapa bilmir: "Bu da təbiidir. İnsan sosial cəhətdən yetkin olmayanda müəyyən insanlarla kontaktda olanda, ailə quranda, iş yerində müəyyən çətinliklər çəkir. Ona görə ki, o bu məsələlər alışmayıb. Bunun da əsasə əsas səbəbi belə hallardan qaynaqlanır".
Mərkəzin direktoru gənclərin asudə vaxtlarının təşkili ilə bağlı ciddi problemlərin olduğunu dedi. Onun fikrincə, bunlara bütün bölgələrdə fəaliyyət göstərən gənclər evlərinin bəzi yerlərdə təyinatı üzrə işləməmsi, vahid mərkəzdən qidalanmaması və digər məsələlər daxildir.
"Gənclər və İdman Nazirliyi cımiyytədə gənclər siyasətinə struktur olaraq rəhbərlik edir. gənclər mərkəzlərinin fəaliyyətini də bu qurum tənzimləıməlidir. Amma bu gün hansısa bir bölgədə yerli icra hakimiyyəti onu tikdiribsə, onun mülkiyyəti hesab olunur. təbii ki, bu gün icra hakimiyyətləri də az iş grmü, amma gənclər siyasəti ilə məşğul olan orqan varsa, bu işlə onlar məşğul olmaldıır", - deyə o əlavə edib.
Direktor qeyd etdi ki, hər halda gənclər və idman siyasətində böyük işlər görülür. Onun fikrincə, iş olan yerdə bu kimi problemlərin də hər zaman olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB