“İRƏLİ” 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər həyata keçirir
"İRƏLİ" İctimai Birliyi 20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirməkdədir. Birliyin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, "İRƏLİ" İctimai Birliyi 20 Yanvar faciəsinin 22-ci ildönümü ərəfəsində "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış www.20yanvar.com veb səhifəsinə faciə ilə əlaqədar yenilənmiş məlumatlar əlavə edilib. 3 dildə fəaliyyət göstərən elektron resursda faciəni özündə əks etdirən mətn, foto, video materiallar yer alıb.
"İRƏLİ" İctimai Birliyi faciə ilə əlaqədar, həmçinin "Şəhidlər ölməz, vətən bölünməz" adlı elektron aksiya həyata keçirir. Aksiyanın əsas məqsədi milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, dövlətimizə qarşı həyata keçirilən cinayətləri bütün tanınmış informasiya agentliklərinə göndərərək dünya ictimaiyyətinə çatdırmaqdır.
Aksiya çərçivəsində Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı haqqında məlumatları özündə əks etdirən müxtəlif dillərdə tərcümə olunmuş məlumatları, foto və videoları Sosial şəbəkələrdə (facebook qruplarda, fan səhifələrdə, Twitter və s. ) və e-mail vasitəsilə paylaşılacaq.
Aksiyaya şəbəkənin çox sayda istifadəçisi qoşulub.
Nəzərinizə çatdıraq ki, \"İRƏLİ\" İctimai Birliyi virtual məkanda Azərbaycan maraqlarının qorunması və tarixi həqiqətlərin əks olunduğu məlumat bazalarının yaradılmasını daim diqqət mərkəzində saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB