Aydın Mirzəzadə: “Kremlin maraqlarına xidmət edən şəxslərin rəhbər vəzifələrə təyin edilməsi bu faciənin əsas səbəblərindən biri idi” - MÖVQE
Azərbaycan tarixinə qanlı hərflərlə daxil olan 20 Yanvar hadisələrində birbaşa Moskva hökuməti məsuliyyət daşıyıb. SİA-nın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan xalqının deyil, məhz Kremlin maraqlarına xidmət edən şəxslərin rəhbər vəzifələrə təyin edilməsi bu faciənin əsas səbəblərindən biri kimi qiymətləndirilməlidir. Millət vəkilinin sözlərinə görə, 20 Yanvar hadisələri SSRİ dövlətinin öz dövlətinə qarşı dövlət səviyyəsində apardığı bir terror idi.
"Həmin dövrdə xalqa rəhbərlik etməyə haqqı çatanların bu və ya digər səbəbdən siyasi səhnədə olmaması mərkəzi hakimiyyətin xeyrinə işləyirdi. Səriştəsiz və məsuliyyətsiz insanların hakimiyyətdə olması SSRİ rəhbərliyini daha da həvəsləndirdi. Erməni faktorunu da unutmaq lazım deyil, onlar dünya üçün bir problemdir. Hansı ölkədə yaşasalar, həmin ölkə üçün başağrısına çevrilirlər. Ötən əsrin əvvəlindən başlayaraq ermənilərin əsassız torpaq iddiaları və həmin torpaqlarda dövlət qurmaq arzusu da məhz Azərbaycan torpaqlarının hesabına reallaşıb. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlanan münaqişəni xalqımızın diqqətindən yayındırmaq, Azərbaycanda başlanan etiraz dalğasını yatırmaq, insanların azadlıq mübarizəsini ləngitmək üçün 1990-cı ildə qanlı Yanvar hadisəsini törətdilər. 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə gələndən sonra oldu. Bu gün Azərbaycan sürətlə inkişaf edir, dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib. Azərbaycanın bugünki reallığı 20 Yanvar faciəsinə veirlən ən böyük cavabdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB