Qarabağ müharibəsi dövründə Füzulinin cəbhə kəndlərində su təchizatı tamamilə dağıldığından kənd sakinləri içməli su əldə etmək üçün çətinlik çəkirdilər. Beynəlxalq Qızıl Xaç Komitəsi xətti ilə rayonun cəbhə kəndlərində su təchizatı yaxşılaşdırılıb. Qoşunların təmas xəttinin bir neçə kilometrliyində yerləşən Füzuli rayonunun Qazaxlar və Mirzənağılar kəndlərində uzun illərdən sonra su verilib. 2011 ci ildə cəbhə bölgəsində 4 belə layihə həyata keçirilib ki, sakinlərin içməli su problemi həll edilib. Bu il də bu cür layihələr davam edəcək. Ağdam, Füzuli, Goranboy və Tərtər rayonlarında içməli su təchizatın yaxşılaşdırılması üçün lahiyələr təqdim edilib, hazırda onun qiymətləndirilməsi aparılır.
Yeni su təchizatı sistemi sakinləri təkcə keyfiyyətli içməli su ilə təmin etmir, həmçinin hər iki kənddə yaşayan 760 nəfərə həyətyanı sahədə tərəvəz əkmə kimi kiçik miqyaslı suvarma işlərini mümkün edir.
Qeyd edək ki, layihə çərçivəsində Tərtərin Təzəkənd və Dəmirçilər kəndlərində də su təchizatı sistemləri yaxşılaşdırılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB