Hər ay ölkəyə orta hesabla 10 min ədəd mobil telefon idxal olunur

Hər ay ölkəyə orta hesabla 10 min ədəd mobil telefon idxal olunur

Ötən ilin Azərbaycana dəyəri 7,1 milyon dollardan çox olan 119,8 min ədəd mobil telefon gətirilib.

Dövlət Statistika Komitəsi 2011-ci ilin yekunları üzrə statistik hesabatına istinadən SİA-ya xəbər verir ki, 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə mobil telefonların idxal həcmi 23,7 faiz, pulla ifadədə isə 15,6 faiz artıb.


Qeyd edək ki, hər ay ölkəyə orta hesabla təxminən 10 min ədəd mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə təxminən 600-650 min dollar təşkil edir.


Bütün xəbərlər Facebook səhifəmizdə