Bakı Avrasiya Universitetində 20 Yanvar faciəsinin 22 ildönümü münasibəti ilə tədbir keçirilib

Bakı Avrasiya Universitetində 20 Yanvar faciəsinin 22 ildönümü münasibəti ilə tədbir keçirilib
Bu gün Bakı Avrasiya Universitetində 20 Yanvar faciəsinin 22 ildönümü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, universitetin rektoru Nazim Hüseynli çıxışında qanı hadisə ilə tədbir iştirakçılarına ətraflı məlumat verib.


\"1990-cı ilin 20 yanvar tarixində baş verən hadisələr xalqın yaddaşından heç vaxt silinməyəcək. 20 yanvar hadisələri SSRİ rəhbərliyinin etdiyi qəddarlıqdır. Bu azğınlığın dünyada tayı- bərabəri yoxdur. 20 yanvar faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Buna görə də ölkəmiz güclü və düşmənlərinə qarşı həmişə ayıq olmalıdır",- deyə rektor əlavə edib.


N. Hüseynli onu da bildirib ki, zaman keçdikcə 20 Yanvar şəhidlərinə ehtiram daha da artır: \"20 yanvar gecəsinin bütün olaylarından çox deyilib, çox yazılıb. Bundan neçə illər sonra da yazılacaq\".


Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə