Heydər Əliyev Sarayında 20 yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib- FOTO
Bu gün Heydər Əliyev Sarayında 20 yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunan anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk öncə, sarayın foyesində 20 yanvar faciəsini əks etdirən kitab və foto stendə baxış olub. Daha sonra anım tədbiri sarayın tamaşaçı zalında davam edib. 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Heydər Əliyev Sarayının rəhbərliyi, Azərbaycan xalqının və ölkəmizin tarixində yaşanan, bəşəriyyətin dinc sakinlərinə qarşı törədilən ən qəddar cinayətlər sırasında yer alan 1990-ci il yanvar hadisələri haqqında geniş məruzə ilə çıxış edib.
Baş verənlərin insanlığa qarşı törədilən terror hadisəsi olduğunu və faciə təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə dünyada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayət aktı olduğunu bildiriblər.
Çıxış edənlər tədbir iştirakçılarına, 20 Yanvar hadisələrinin başvermə səbəbləri, Azərbaycan xalqına qarşı törədilən qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulayıblar.
Tədbir 20 Yanvar faciəsindən bəhs edən "20 yanvar" adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB