BQXK Füzuli rayonunda iki yeni su təchizatı sistemininin açılışını keçirib

BQXK Füzuli rayonunda iki yeni su təchizatı sistemininin açılışını keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu gün Füzuli rayonunun cəbhə xəttinə yaxın Qazaxlar və Mirzənağılar kəndlərində istifadəyə verilən iki yeni su təchizatı sistemininin açılışını keçirib. SİA-nın xəbərinə görə, \"Qazaxlar və Mirzənağılar kəndlərində yaşayan bizlər heç inanmırdıq ki, cəbhə xəttinə yaxın ərazilərdə su problemi yeni deyil. Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq cəbhə xəttinə yaxın olan içməli su mənbələri sakinlər üçün əlçatmaz olub.

BQXK-nın su mühəndisi Julyen Berda deyib ki, yeni su təchizatı sistemi sakinləri təkcə keyfiyyətli içməli su ilə təmin etmir, həmçinin, hər iki kənddə yaşayan 760 nəfərə həyətyanı sahədə tərəvəz əkmə kimi kiçik miqyaslı suvarma işlərini mümkün edir: "Biz həmçinin Tərtər rayonunun Təzəkənd və Dəmirçilər kəndlərində də su təchizatı sistemi ilə bağlı işimizi bitirmişik. Bu dörd icmanı birlikdə götürsək, 2600-dan çox adam bu layihədən bəhrələnir".

Britaniya Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə, BQXK həmçinin səkkiz icmada yaşayan, ehtiyacı olan 934 ailəni kiçik miqyaslı iqtisadı dəstək proqramının çərçlvəsində nağd pul qrantı ilə təmin edib. Tərtər rayonunun Həsənqaya, Təzəkənd və Dəmirçilər, Füzuli rayonunun Qazaxlar və Mirzənağılar və Ağdam rayonunun Evoğlu, Qaradağlı və Rzalar kəndlərinin sakinləri indi artıq ətlik heyvanların kökəldilməsi, heyvandarlıq, kiçik biznes və buğda və ya arpa becərilməsi kimi fəaliyyətlərin nəticəsində davamlı gəlir əldə edə bilərlər.

Regionda 1992-ci ildən bəri fəal olan BQXK, münaqişənin cəbhə xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin həyatına təsir edən humanitar nəticələrini diqqətdə saxlayır və yerli hakimiyyət orqanlarının vəziyyəti yaxşılaşdırmağa yönəlmiş səylərini dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə