Türkiyə tankerinin partlaması nəticəsində xəsarət alan dənizçilərimizin vətənə dönəcəyi gün məlum oldu
Albaniya sularında Türkiyə tankerinin partlaması nəticəsində xəsarət alan üç azərbaycanlı dənizçi - Arif Əmrahov, Səfa İbrahimov və Ramil Məlikov sabah İstanbula gələcək, növbəti gün isə Vətənə dönəcəklər.
SİA-nın verdiyi məlumata görə, hazırda mərhum kapitan Xəyyam Məmmədovun meyitinin Azərbaycana verilməsi üçün Albaniya tərəfi ilə danışıqlar aparılır. Xatırladaq ki, Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Buna qədər tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib və açıq dənizə istiqamət alıb. Batmış gəminin ekipajının 15 üzvündən dördü Azərbaycan vətəndaşı, altısı Gürcüstan, üçü Türkiyə və ikisi Ukrayna vətəndaşı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB