Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilib

Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilib
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilib və onun bazasında Psixi Sağlamlıq Mərkəzi yaradılıb. Çoxfunksiyalı Psixi Sağlamlıq Mərkəzində xəstələrə daha çox ambulator şəkildə yardım göstəriləcək. Eyni zamanda, burada müraciət edənlərə müxtəlif formada psixoloji yardımlar göstəriləcək, xəstələrin reabilitasiyası aparılacaq. Mərkəzə yalnız ciddi psixi pozuntuları olan şəxslər deyil, stress keçirən və ya psixoloji durumu gərgin olan şəxslər də müraciət edə bilərlər. Yaxın günlərdə mərkəzdə \"İnam telefonu\" yaradılması nəzərdə tutulur. Hər hansı problemi olan insan \"İnam telefonu\"na zəng edə və yardım ala bilər.

Qeyd edək ki, PSM dövlət müəssisəsi olduğu üçün burada göstərilən xidmətlər ödənişsiz olacaq. Bununla yanaşı, Psixi Sağlamlıq Mərkəzində elmi tədqiqat işlərinin aparılması və həkimlərin ixtisasının artırılması da mümkün olacaq. Mərkəzdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun psixiatriya və narkologiya kafedrası fəaliyyət göstərəcək. Mərkəzdə işə qəbul isə yaxın günlərdə élan ediləcək müsabiqə əsasında aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə