Umud Rəhimoğlu: “Bütün problemlər incələndikdən sonra yekun hər hansı bir fikir söyləmək olar” - MÜSAHİBƏ

Umud Rəhimoğlu: “Bütün problemlər incələndikdən sonra yekun hər hansı bir fikir söyləmək olar” - MÜSAHİBƏ

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun SİA-ya müsahibəsi


- Bu gün ölkədəki qəzet satışında mövcud problemləri həll etmək üçün nə kimi işlər görülməlidir?

- Son illər ölkədə buna bənzər problemlər olub. Şəhərdə aparılan yenidənqurma işləri ilə bağlı bəzi köşklərin yerləri dəyişdirilir, yeniləri ilə əvəz edilir. Son dövrlərdə əl yayımı və yerlərdəki köşklərlə bağlı xeyli müzakirələr aparılır. 2010-cu il Mətbuat Şurasında bu problemlərin araşdırılması ilə bağlı işçi qrupu yaradılıb. 2010-cu ildə bu məsələ ilə bağlı bir çox görüşlər aparılıb, Bakı şəhər, Səbail, Nərimanov icra hakimiyyətlərində müəyyən görüşlər keçirilib. Mətbuat Şurası bu problemlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət ünvanlayıb. Amma istər yayım firmaları, istər qəzet redaksiyalarından Mətbuat Şurasına aramsız müraciətlər olur. Bu məsələni işçi qrupu ilə birlikdə müzakirə olunur. Burada həm yayım firmaları, həm də qəzet satışı ilə məşğul olan redaksiyaların nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılır. Bu fikirlər ümumiləşdirildikdən sonra müəyyən icra strukturlarına Mətbuat Şurası öz müraciətini ünvanlayacaq.


- İşçi qrupunun fəaliyyəti köşklərində qəzet satışını tam təmin edə biləcəkmi?

- Sözün düzü, bu problem bir az incələnməlidir. Məsələ araşdırılmalı və bu sahənin mütəxəssisləri ilə ətraflı müzakirələr aparılmalıdır. Bütün bunlar incələndikdən sonra yekun hər hansı bir fikir söyləmək olar.


- Mövcud problemlərin həll edilməsi üçün Mətbuat Şurasının nə kimi təklifləri var?

- Şura bu problemlə daha çox maraqlanan qurumların nümayəndələri ilə görüşdən, iclasdan sonra müvafiq təkliflərlə çıxış edəcək. Hələlik müzkairələr aparıldığından konkret fikir söyləmək mümkün deyil.


- Konkret olaraq Mətbuat Şurası tərəfindən mətbut orqanlara hansısa təkliflər verilibmi?

- Bütün məsələlər qanunvericilik səviyyəsində öz həllini tapmalıdır. Mətbuat Şurasının qanunvericiliyə təklif etdiyi imkanlardan, yollardan çıxış edir. Mətbuat Şurası qərarverici struktur deyil. Şura bu məsələdə yardım göstərir, vasitəçilik edir. İcra strukturları ilə media strukturları arasında müəyyən əlaqələrin qurulması, problemlərin həll edilməsində öz yardımını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə