Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılov və Hüquq idarəsinin rəisi Eldar Orucov Xətai rayon sakinləri ilə görüş keçirib.
SIA-nın n xəbərinə görə, rayon sakinləri ilə görüşdə Mikayıl İsmayılov bildirib ki, Xətai rayonu üzrə qanunsuz tikililərin sökülməsi ilə əlaqədar məhkəmələrdə 444 iddia qaldırılıb. Onların bir qisminin icrası məhkəmə tərəfindən dayandırılıb, qalan hissəsi - məhkəmədə icraatda olan və hələlik qərar çıxarılmamış iddialar üzrə də müvafiq qərar qəbul olunacaq. Şirkət məhkəmələrdə qaldırdığı iddiaları geri çəkə bilməyəcəyini deyən rəsmilər vurgulayıb ki, qanunsuz tikililərin sökülməsi ilə bağlı iddia qaldırarkən əsas məqsədi yaşayış evlərinin sökülməsi yox, onların qanunsuz olmasını göstərmək və baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ-ın məsuliyyət daşımayacağını bəyan eməkdir.
Mirvari Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB