\"20 Yanvar xalqımızın milli azadlıq mübarizəsinin şanlı səhifəsidir\" adlı tədbir keçirilib- FOTO

\"20 Yanvar xalqımızın milli azadlıq mübarizəsinin şanlı səhifəsidir\" adlı tədbir keçirilib- FOTO
Bu gün Atatürk Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə \"20 Yanvar xalqımızın milli azadlıq mübarizəsinin şanlı səhifəsidir\" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov 20 yanvar faciəsi ilə bağlı iştirakçılara məlumat verib.


\"Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar\",- deyə sədr əlavə edib.


Çingiz Bayramov onu da vurğulayıb ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.


Qeyd edək ki, iki gündən sonra 20 yanvar faciəsinin 20 illiyi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə