Azərbaycan xalqı tarixinin ən qanlı faciələrindən birini anmağa hazırlaşır. Azadlıq həsrətinə son qoymaq üçün küçələrə çıxan, sovet imperiyasının ölüm maşınına meydan oxuyan minlərlə Azərbaycan vətəndaşı mübarizliyini, əqidəsindən dönmədiyini öz qanı ilə sübut etdi. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə isə Sovet hakimiyyəti mövcudluğu tarixində ən dəhşətli qətliama imza atdı, ədalətsizliyə, ayrıseçkiliyə, təcavüzə, erməni vandalizminə etiraz əlaməti olaraq meydanlara çıxan yüzlərlə, minlərlə əliyalın sakinlərimizə atəş açdı. Həmin gecədə baş verənlər 20 Yanvar faciəsi kimi tarixin səhifəsinə qanla yazıldı. 800-dən çox azərbaycanlı yaralandı, 132 nəfər həlak oldu.
Artıq həmin hadisədən 22 il keçir. Daha doğrusu xalqımız iki gündən sonra bu faciənin növbəti ildönümünü qeyd edəcək, şəhidlərimiz anılacaq, onların ruhuna dualar oxunacaq. İldönümü ərəfəsində faciə qurbanlarının uyuduğu Şəhidlər Xiyabanında hazırlıqlar artıq başa çatmaq üzrədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB