Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) bir qrup vətəndaşın "Fuad LTD" şirkətindən narazılığı ilə bağlı şikayət ərizəsi dinlənilib. SİA-nın xəbərinə görə, onlar həmin şirkəti mənzil tikmək adı ilə insanları aldatmaqda və pullarını mənimsəməkdə günahlandırıblar. Vətəndaşlar iddia edirlər ki, şirkət mənzilin proyektini kağız üzərində göstərib, əslində isə orada nə bina, nə blok, nə də ki, mənzil mövcuddur. Onların sözlərinə görə, 2007-2008-ci ildən etibarən bununla əlaqədar dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, hələlik heç bir cavab alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB