\"Konstitusiya\" Araşdırmalar Fondu mətbuat konfransı keçirib

\"Konstitusiya\" Araşdırmalar Fondu mətbuat konfransı keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Konstitusiya" Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən "Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması və onun ictimai vəkillik kompaniyasının aparılması" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "Konstitusiya" Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimov layihə haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına yardım göstərilməsi, cəmiyyətdə korrupsiyanın təzahür formaları və onlara qarşı mübarizə metodları haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Qeyd olunub ki, layihə çərçivəsində vəzifəli şəxslər tərəfindən gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Avropa ölkələrində, ABŞ-da həmçinin MDB ölkələrində vəzifəli şəxslər tərəfindən gəlir deklorasiyasının təqdim edilməsi praktikası, qanunvericilik əsasları, prosedurları təhlil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə