Azərbaycanda ilk dəfə olaraq görmə üzrə əlillər üçün nəzərdə tutulan xüsusi kompyuter texnologiyaları hazırlanıb-MÜSAHİBƏ

Azərbaycanda ilk dəfə olaraq görmə üzrə əlillər üçün nəzərdə tutulan xüsusi kompyuter texnologiyaları hazırlanıb-MÜSAHİBƏ

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun icraçı direktoru və türkiyənin Braille Texnik San.Tic. Ltd şirkətinin Azərbaycan şöbəsinin direktoru Bəybala İbadullayevin SƏS TV-yə müsahibəsi:

- Ölkədə gözdən əlillərin sosial problemlərinin həlli istiqamətində nə kimi işlər həyata keçirilib?

- Azərbaycanda gözdən əlillər üçün bütün lazımi şəraitin yaradılması dövlətin qarşısında duran ən mühüm məsələlərdən biridir. Gözdən əlillər üçün mövcud texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü 6-7 il bundan öncə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva vasitəsilə baş verib. 2005-ci ldə BMT Heydər Əliyev Fondu ilə birlikdə gözdən əlil uşaqlar üçün respublika orta internat məktəbində onların İKT-yə çıxışı layihəsi gerçəkləşdi. Bundan sonra Naxçıvan və Gəncə şəhərlərində regional internat məktəbləri yaradıldı. Buralarda gözdən əlillərin istifadə edə biləcəyi müasir avadanlıqlar yerləşdirilib. Ölkəyə gətirilən texnologiyalar, avadanlıq sisteminə laboratoriya şəklində baxmalıyıq. Bura gözdən əlil insanlar üçün mövcud informasiya və məlumatların əldə olunma imkanları, özlərinin istehsal etdiyi və ya vermək istədiyi məlumat, informasiya ötürmək imkanlarının yaradılması idi. Adi insanlar informasiya bazarından necə yararlanırsa, gözdə əlillərin də eyni səviyyədə bunlarda istifadə etməsi üçün bir sıra layihələr həyata keçirilir.

- Siz Azərbaycanda ilk dəfə olaraq görmə üzrə əlillər üçün nəzərdə tutulan xüsusi kompyuter texnologiyaları hazırlamısınız. Bunun məqsədi nədir və necə istifadə olunacaq?

- Hazırda Azərbaycanda öz dilində danışa biləcək 2 səssintez izləyicisi var. Bu zaman gözdən əlil insan ikinci şəxsin yardımı olmadan istədiyi informasiyanı əldə etmək, onu yaymaq şansı qazana bilir. Bu zaman adi komputerlərdən biri götürülür və bura məqsədəuyğun texnologiya seçilir. İlkin məqsəd olan informasiya əldə etmək və ya ötürmək üçün Pearl deyilən skayner kamera, adi kitabdan 20 səhifə götürsəniz, A3, A4 formatında yazıları 1 dəqiqədə 20 səhiyə kopyalayır. Sürətini çıxardaraq kompyuterin yaddaşına ötürür və yaddaşdan PDF formatından skayner formatına, sonra Word formatına gətirir. Buradan da Choice proqramı vasitəsilə səsləndirilir. Bunu gözdən əlil insan istədiyi yerdə və ya istədiyi formatda qulaq asa bilir. Bu çox sadə bir proqramdır. Səsli proqramdan əlavə Brayn Sprey deyilən foks cihazı var ki, bu da adi monitorda gedən bütün yazıları gözdən əlil insan monitor yerinə klaviaturanın önünə yerləşdiriləcək Foks Brayn Spreyi ilə Brayn əlifbası ilə izləyə bilir. Paralel olaraq həm dinləyə bilir, həm də əli ilə oxuya bilir. Brayn displey vasitəsilə onlar yazılarını yaza bilir, rahat şəkildə informasiyaları ötürə bilir. Bunu çox böyük mahiyyəti var ki, gözdən əlil insanlar elektron kitabxanadan istifadə etmək şansı əldə edir, dinstant təhsilin bütün pillələrindən yararlanma şansı olur və inteqrasiyalı təhsilə keçidin bütün imkanlarından istifadə edirlər. Ölkədə inklüziv təhsillə bağlı böyük işlər həyata keçirilir. Burada əsas məqsəd hər şey insan arzularının çərçivəsinə uyğunlaşdırılmasıdır. Bu məqsədlə ölkədə inteqrasiyalı təhsil imkanları üçün imkanlar yaradılır. Bunun üçün də gözdən əlil insanlar, uşaqlar istədikləri məktəbdə təhsil almaq imkanı əldə edir. Bir məktəblinin noutbuku, pearl və ya foksu varsa, o müəllim və ya şagird kollektivi ilə bərabər səviyyədə oxumaq imkanı əldə edir. Çünki müəllimlə münasibət kompyuter vasitəsilə həyata keçirilir, dərsliklərdə Pearl kamera vasitəsilə məlumatı kompyuterin yaddaşından oxuya bilir. Həmçinin, yazılarda foks makinası vasitəsilə yazaraq printerə verir və nəticədə müəllim onları qiymətləndirir.

Bu sistem haqqında hökumətə kifayət qədər ətraflı məlumatlar verilib. 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərovun rəhbərliyi ilə 32 səsli proqram alınaraq lazımi yerlərdə yerləşdirilib. Müəllimlər İnstitutunun inkluziv təhsil şöbəsi, Respublika Korlar Kitabxanası, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə 10 ədəd verilib. Mingəçevirdə gözdən əlillər və zəif görənlər üçün kompyuter kurslarına bu cihazlar təqdim olunub. Bu proqramların yerləşdirilməsi ilə yanaşı onların müddətsiz baxışı da həyata keçirilir.

- Gözdən əlillər üçün informasiya masası və ya mini informasiya laboratoriyasının hazırlanmasında məqsəd nə idi?

- Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sifarişinə əsasən hər yerdə istifadə oluna bilən çox yığcam informasiya masası hazırlanıb. Bu bir çox mərkəzlərdə quraşdırıla bilər, operativ informasiyaların ötürülə biləcəyi hər yerdə bundan quraşdırıla bilər. İnformasiya masasına 1 ədəd səsə qarşı izolyasiya edilmiş masa çevrəsi üçün quraşdırma haşiyələr, 1ədəd xüsusi kompyuter masası, 1 ədəd kompyuter qoltuğu, kompyuter dəsti, elektrik təhlükəsizliyi üçün UPS akkumlyator, yumşaq Optik Mikrofonlu Qulaqlıq, Jawes For Windows səsli proqram paketi, Türkcə Windows işlətmə sistemi, Pearl kamera-skyner, Blue Frocus 40 Braille Displey, Topaz 22 inch LCD Ekranlı Video Böyüdücü, kiçik həcmli Braille Printer, İsitmə Sistemli Şekil və Rəsm Printeri, Magic For Windows Ekran Böyütme Proqrami, Səsli Kitab Oxuma Maşini, brail yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler daxildir. Bunun vasitəsilə gözdən əlil olan şəxs istədiyi dərsliyi kitabı hazırlaya bilər, seçdiyi qəzeti səsli proqram vasitəsilə çevirərək istifadə edə, informasiyalı ötürə bilər.

- Belə şəxslərin nəqliyyatdan rahat şəkildə istifadə etməsi üçün lazımi şəraitlər varmı və ya bu sahədə mövcud problemlər nədir?

- Prezident İlham Əliyevi nəqliyyatda intelektual idraəetməyə dair fərman imzalayıb və Nəqliyyat Nazirliyi bu fərmandan irəli gələn bir sıra işləri həyata keçirir. Amma sistem o zaman ideal olur ki, mövcud imkanlar insanlar arasındakı fərqi üzə çıxarmasın. Yəni mövcud sistemlər sağlam insanların istifadəsinə imkan verir, amma fiziki məhdudiyyətli insanlara yox. Bu da sistemdə müəyyən problemlərin olduğunu göstərir. Məsələn, işıqforlardan istifadə məsələsinə gəldikdə burada onların rənginə görə səs seçimləri olmalıdır. Bir çox ölkələrdə fiziki qüsurlu insanlar işıqforlar vasitəsilə lazımi məlumatlar alır. Bundan əlavə, yeni quraşdırılan monitorlardan gözdən əlil insanların istifadə etmək və lazımi informasiya əldə etmək hüquqları var. Bunun üçün sistemlər mövcuddur, onların seçiminə uyğun olaraq cihazlar seçilə bilər. Əgər monitorlar Windows sistemi ilə işləyirsə, o zaman Bluetooth tunerlər monitorlara yerləşdirilir. Gözü görməyən şəxs monitora yaxınlaşaraq səsli proqram vasitəsilə Bluetooth-la monitora bağlanır və orada gedən informasiyanı əldə edir.

- Bakı Metropolitenindəki vəziyyət sizləri qane edirmi?

- Metro dünya ölkələrinə uyğun səviyyədə qurulan nəqliyyat vasitəsidir. Hər il müəyyən dəyişiklər edilib, sistemlərin qurulmasına baxmayaraq, təhlükəsizlik standartları əlillərin fiziki hərəkətini asanlaşdrır. Bunula bağlı müəyyən beynəlxalq standartları ölkəyə gətirməyi düşünürük. Bütün bu və ya digər məsələlərlə bağlı müvafiq dövlət qurumları ilə danışıqlar gedir, işlər aparılıb. Metropolitendəki vəziyyətlə bağlı bu yaxınlarda Tağı Əhmədovla görüşərək mövcud məsələlərin birgə həllinə nail olmaq istəyirik.

- Bu gün gözdən əlil insanlar cəmiyyətə lazımi səviyyədə inteqrasiya oluna bilirlərmi?

- Gözdən əlillərin cəmiyyətə inteqrasiyasında ən böyük maneələrdən biri onların intelektual inkişafındakı mövcud maneələrdir. Onların mədəni və ya intelektual inkişaflarında olan geriləmə nəticəsində cəmiyyətə adaptasiya ola bilmirlər. Özlərinin yüksək səviyyədə inkişafını təmin edə bilmədiyi üçün özləri ilə cəmiyyət arasında baryer yaradır və bu da ayrı-seçkiliyə gətirib çıxarır. Özlərini nornal cəmiyyətə uyğun hesab etnədikləri üçün cəmiyyətə inteqrasiya olunmalarına bir o qədər də təsir göstərmir. İnsan arzu etdiyi yerdə yaşamalı, işləməli, bacarıqları tətbiq etməlidir və bunun inkişafına dövlət dəstəyi lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə