AZAL daxili reysləri müvəqqəti terminalından həyata keçirməyə başlayıb

AZAL daxili reysləri müvəqqəti terminalından həyata keçirməyə başlayıb

"Azərbaycan Hava Yolları" QSC daxili reyslərinin (Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) göndərilməsi və qəbul edilməsini yeni aerovağzal kompleksinin tikintisinin başa çatmasına qədər Bakıdan – Heydər Əliyev Hava Limanının inşa edilmiş müvəqqəti terminalından həyata keçirməyə başlayıb. SİA-nın AZAL-a istinadən verdiyi xəbərə görə, bu terminal Heydər Əliyev Beynəxalq Hava Limanının ərazisində yük terminalının (BCT) yanında yerləşir.


"Azərbaycan Hava Yolları" QSC-ti göstərilən müvəqqəti terminalda sərnişinlərə rahat səyahət üçün hər cür şərait (kafe, gözləmək üçün kreslolar və s.) yaradılacağı bildirir və yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə