\"Azərikimya” İB- də 20 yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib
20 yanvar Ümumxalq hüzn günü ilə bağlı ARDNŞ-nin idarə və müəssisələrində silsilə tədbirlər keçirilir. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, "Azərikimya" istehsalat Birliyinin "Kimyalayihə" İnstitutunda, Nəqliyyat və Xüsusi Texnika İdarəsində və Anbar Təsərrüfatında anım tədbirləri təşkil olunub.
Tədbirlərdə 1990-cı ilin yanvar günlərində Azərbaycan xalqının demokratiya və milli azadlıq mübarizəsini qan gölündə boğmaq məqsədi ilə təcavüzkar sovet hərbi qüvvələri tərəfindən törədilmiş vəhşiliklərdən danışılıb. Bildirilib ki, qanlı faciədən 22 il keçməsinə baxmayaraq, bütün xalqımız o fəlakətli gecənin ağrılarını yaşayır, azadlıq uğrunda qurbanların xatirəsini əziz tutur. Hər il milyonlarla insan şəhidlərimizin əbədi xatirəsini dərin ehtiramla yad edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB