Güllə yağışı altında həyat - FOTO

Güllə yağışı altında həyat - FOTO

Tovuzun düşmənlə sərhəddə yerləşən Əlibəyli kəndində silah səsləri yenə intensivləşib. Erməni silahlı qüvvələri son bir neçə gündə kəndi yenə atəş altında saxlamaqdadır. SİA-nın Qərb bürosunun məlumatına görə, işğalçı tərəf iriçaplı silahlardan sakinləri və evləri hədəfə alır. İndi Əlibəylidə güllə izi olmayan mənzil qalmayıb. Əksər hallarda ermənilər evlərin içərisini belə nişan alır. Mənzillərin divarlarında isə atəşkəs dövründə qadağan edilən ağır atıcı silahların güllələrini görmək mümkündür. Düşmən təmas xətti boyunca bütün əraziyə od vurub. Bu da müxtəlif yırtıcı heyvanların kəndə axınına səbəb olur. Əlibəyli kəndinin təkcə atəşkəs dönəmində düşmən gülləsi nəticəsində 36 nəfər mülki vətəndaşı şəhid olub. Rəqəmlər doğrudan da bu kənddə atəşkəsin olmadığını göstərir. Müharibə şəraiti artıq uzun illərdir əhalinin maddi təminatını da çətinləşdirib. Çörəyi daşdan çıxan kənd camaatı torpaqlarını belə əkib-becərə bilmir. Səbəb isə ərazilərin düşmən mövqelərinin yaxınlığında olmasıdır.

Qeyd edək ki, Əlibəyli kəndi Ermənistanın 4 kəndi ilə həmsərhəddir. Düşmənlə Milli Ordumuzun Əlibəylidə olan mövqeləri arasında məsafə hava xətti 1 km-dən də azdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə