Şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər davam edir. SİA-nın xəbərinə görə, tədbir "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində təşkil olunub.
Təlimlərin keçirilməsində məqsəd şəkərli diabeti olan insanların bu sahə üzrə maarifləndirilməsi, xəstəliklə bağlı biliklərinin artırılması, bilik və davranışlara nail olmaqla özünənəzarətin gücləndirilməsidir. Təlimlərə 2011-ci ilin oktyabr-noyabr aylarında başlanılıb və 2012-ci ildə davam etdirilməsi nəzərdə tutulub.
Yanvarın 16-dan etibarən İSİM-də diabet xəstələri, 23-dən isə risk qrupuna aid əhali üçün təlimlərin keçirilməsi planlaşdırılıb və artıq bu mərhələnin keçirilməsinə başlanılıb. Təlimlər hər ay hər hədəf qrupu üzrə ayrılıqda bir həftə olmaqla həyata keçirilir. Təlimlərin növbəti mərhələsi fevralda keçiriləcək.
Təlimlər İSİM-də təlim keçmiş həkim-endokrinoloqlar tərəfindən aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB