Cari ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Türk Dünyası Qeyri Hökumət Təşkilatları Forumu təxirə salınıb.
Milli Qeyri-Hökumət Təşkilatları Forumundan SİA-ya bildirilib ki, cari ilin may ayında Bakıda "Evrovision" mahnı müsabiqəsi keçiriləcəyindən Türk Dünyası Qeyri Hökumət Təşkilatları Forumunun keçirilməsi növbəti ilə qalıb. Milli QHT Forumundan bildirilib ki, sözügedən toplantının 2013-cü ildə Bakıda keçirilməsi gündəlikdədir və əksəriyyət türkdilli ölkələr, eləcə də türk toplu və qurumları həmin forumda iştirak etmək niyyətində olduqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB