BakıdakıBeynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə yanvarın 23-də saat 15:00-dan 16:00-dək "107 ilin saxtakarlığı, 20 ilin həqiqəti. Biz susuruq faktlar danışır!" aksiyası keçiriləcək.
BDM-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu, qondarma erməni soyqırımının inkarına görə cəza verilməsi barədə qanunun Fransa senatında müzakirə olunmasına etiraz əlaməti olaraq təşkil ediləcək. Aksiyada erməni vandalizminin Xocalıda törətdiyi vəhşilikləri, soyqırımı əks etdirən fotolar göstəriləcək. Burada ermənilər tərəfindən soyqırıma məruz qalmış soydaşlarımızın yaxınları və erməni vəhşiliklərinin şahidləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB