Ötən il hüquqi və fiziki şəxslərin sayı artıb

Ötən il hüquqi və fiziki şəxslərin sayı artıb

Ötən il hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib və il ərzində qeydiyyata alınmış 5137 hüquqi şəxsin 268-i dövlət mülkiyyətinə, 5-i bələdiyyə mülkiyyətinə, 4298-i xüsusi mülkiyyətə mənsub olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir.

Yeni müəssisələrin 61,5 faizi Bakıda, 10,3 faizi Aran, 7,6 faizi Abşeron, 5,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb.

Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, keçən il ərzində 57576 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə