Hollandiyada ermənilərin növbəti təxribatının qarşısı alınıb. Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 11-dən 15-dək Utrix şəhərində Beynəlxalq Turizm Sərgisi keçirilib. Sərgidə ermənilər Hollandiya ictimaiyyətini aldadaraq Ermənistana aid guşədə növbəti dəfə heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası"na turizm səfərlərinin təşkili ilə bağlı materiallar nümayiş etdirməyə cəhd göstəriblər. Amma hər il olduğu kimi bu dəfə də onların təxribatlarının qarşısı alınıb.
Niderland Krallığının Xarici İşlər Nazirliyinin strukturuna daxil olan "CBJ" təşkilatı sərginin açılmasına bir neçə gün qalmış Ermənistanı təmsil edən turizm şirkətlərini xəbərdar edərək "Dağlıq Qarabağ Respublikası" haqqında hər hansı bir məlumatın sərgidə nümayiş etdirilməsinin qətiyyən yolverilməz olduğunu bildiriblər.
Xəbərdarlığa əhəmiyyət verməyən ermənilər öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstəriblər. Amma onların niyyətləri baş tutmayıb. Ermənistan guşəsini daima nəzarətdə saxlayan BAK-ın üzvləri ermənilərin təxribat hərəkətləri barədə "CBJ" təşkilatının rəhbərliyinə dərhal məlumat verərək Dağlıq Qarabağa dair eksponatların guşədən çıxarılmasına nail olublar.
"CBJ" təşkilatının rəhbərliyi erməniləri bu cür "təşəbbüsə" təkrar yol verəcəkləri təqdirdə belə sərgilərdə iştiraklarının sual altında qalacağını diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB