Hacıqabulda Bələdiyyələrlə bağlı regional seminar keçirilib - FOTOSESSİYA
Hacıqabul şəhərində bu gün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, Şirvan Regional ədliyyə şöbəsi, şəhər, qəsəbə, kənd bələdiyyələri milli assosasiyalarının təşkilatçılığı ilə bələdiyyələrin maarifləndirmə işi ilə bağlı seminar keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, seminarda Prezident Administrasiyası, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı, Milli Arxiv İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri və Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala və Hacıqabul rayon bələdiyyə sədrləri, üzüvləri və qulluqçuları iştirak edib.
Seminarı giriş sözü ilə açan Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən işlərdən, yerli sosial prpblemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq sosial iqtisadi inkişaf prosesində bələdiyyələrin fəallığının ildən ilə artdığını bildirib. Natiq çıxışında yerli demokratiyanın inkişafında əldə olunan nailiyyətlərlə yanaşı bəzi bələdiyyələrin işində yol verdiyi nöqsanlardan eyni zamanda aradan qaldırılmasından, həmçinin bələdiyyələrin fəaliyyətinə maneəçilik yaradan problemlərin həll edilməsini zəruri olduğunu bildirib. Tədbirdə bələdiyyə sahəsində yeni qanunvericilik və tətbiqi, bələdiyyə torpaqlarə üzərində mülkiyyət hüququnun tanınması məsələləri, bələdiyyələrdə arxiv işinin təşkili və insan hüquqlarının qorunması işində bələdiyyələrin rolu ilə bağlı müzakirələr olub.
Seminarda iştirak edən bələdiyyə nümayəndələri çıxış edərək narahatlıq yaradan məsələlərdən, dövlət tərəfindən yerli özünüidarəetmə sektoruna yardımlar göstərilməsi xüsusi vurğulanaraq yol verilmiş nöqsanların aradan qaldırılmasının vacibliyini bildiriblər. Seminarda iştirak edən dövlət qurumlarının rəhbərləri və bələdiyyə sədrləri öz növbələrində çıxış edərək səslənən fikirlərə münasibətlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB