Rumıniya mətbuatında “Azərbaycandan Fransaya sərt təpki” adlı məqalə dərc olunub

Rumıniya mətbuatında “Azərbaycandan Fransaya sərt təpki” adlı məqalə dərc olunub

Rumıniyada nəşr olunan türkdilli "Həyat" qəzetində "Azərbaycandan Fransaya sərt təpki" adlı məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, məqalədə Azərbaycanın Fransa parlamentinin qondarma "erməni soyqırımı" iddialarının inkarına görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsinə kəskin reaksiya verməsindən bəhs olunur. Qeyd edilir ki, Azərbaycanla yanaşı müxtəlif ölkələrdəki Azərbaycan diasporu da Fransa parlamentinin bu qərarına etiraz bildirir.

Fransa, İtaliya, Almaniya və digər ölkələrdə olduğu kimi Rumıniyada yaşayan azərbaycanlıların da Milli Assambleyanın qərarına sərt reaksiya verir. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Təşkilatının Fransa parlamenti və bu ölkənin Rumıniyadakı səfirinə ünvanlanmış etiraz müraciətlərində adı çəkilən qanunun insan haqları və söz azadlığını kobud surətdə pozduğu vurğulanır.

Məqalədə Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Təşkilatının etiraz müraciətlərinin mətnlərinə istinad edərək Fransa parlamentinin bu qərarının regionda əmin-amanlığa xidmət etmədiyi və Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi ədalətli və obyektiv vasitəçi missiyasını sual altına alır.

Etiraz müraciətlərində Fransanın 20 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməməsi, bunun əvəzində saxta dəlillərə əsaslanaraq, təsdiqini tapmamış qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməsini şiddətlə qınanıb.

Məqalədə Rumıniyadakı Azərbaycan diasporunun Fransa parlamentindən heç bir fakta əsaslanmayan və İnsan huquqlqrına dair bəyannaməyə zidd olan qərarın dərhal ləğv edilməsi tələb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə