Şahin Mustafayev: “Xarici ticarət dövriyyəsi 33,2 faiz artıb” - AÇIQLAMA

Şahin Mustafayev: “Xarici ticarət dövriyyəsi 33,2 faiz artıb” - AÇIQLAMA

Ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı 150-yə çatıb, 2011-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 9,2 faiz artaraq 33,2 milyard dollar təşkil edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda məlumat verib.

Onun sözlərinə görə, müsbət xarici ticarət saldosu 16,1 milyard dollar təşkil edib, ixrac idxalı 2,9 dəfə üstələyib. Belə ki, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, istehsal proseslərinin beynəlxalq standartlara uyğun qurulması tələbi nəticəsində mexanizm və avadanlıqların idxalı 1,7 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə