Son illərdə məşhur Quba bağlarının suvarılmasında çətinliklər yaranıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Qudyalçayının üzərində quraşdırılan yeni Suqəbuledici Hidroqovşaq bağ sahiblərini sevindirib. Son 5 ildə Quba rayon ərazilərində daş karxanalarının işləməsi çay yataqlarını dərinə salıb. Bu isə yay aylarında bağ sahiblərini çətin vəziyyətə qoyub. Belə ki, çay yatağı aşağı düşdüyünə görə çaydan suyu bağa çəkə bilmirlər. 2010-cu ilin oktyabrından başlayan Azərkörpü ASC-nin işçiləri Qudyalçayda xeyli işlər görüblər. Belə ki, Qudyalçay Suqəbuledici Hidroqovşaq su durulducu qurğular, sahilbərkitmə işləri və 6,5-km Samur Abşeron Kanalına (SAK) qədər sahilbərkitmə örtüyü ilə örtülüb.
Yeni quraşdırılmış suqəbuledici hidroqovşaq 8,5 min hektar (ha) sahələri suvara biləcək.
Qeyd edək ki, yeni quraşdırılan qurğu saniyədə 15 metr kub su qəbul edə biləcək.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB