ARDNŞ tərəfindən “Neft Daşları” yatağında yeni quyu qazılır

ARDNŞ tərəfindən “Neft Daşları” yatağında yeni quyu qazılır

Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən "Neft Daşları" yatağındakı 1887 nömrəli platformadan 2295 nömrəli quyunun qazma işlərinə başlanılıb. Dövlət Neft şirkətindən SİA-ya verilən məlumata görə, layihə dərinliyi 2870 metr olan quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır. Quyudan sutkada 30 ton neft hasil olunacağı planlaşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə