Cəlilabad rayonunda oğurluq edən şəxs ələ keçdi

Cəlilabad rayonunda oğurluq edən şəxs ələ keçdi
Cəllabad rayonunda oğurluq edən şəxs ələ keçdi. Rayon Polis Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda heyvan oğurluğu ilə məşğul olan Nurlan Həsənov yaxalanıb. Rayonun Şorbaçı və Uzuntəpə kənd sakinləri Samirə Qubadova və Rövşən Mirzəyevin şikayəti əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, bu rayonun Məmmədrza kənd sakini, 23 yaşlı Nurlan Şakir oğlu Həsənovdur. İlkin dindirilmə zamanı aydın olub ki, Nurlan Həsənov oğurluq hadisələrini müxtəlif vaxtlarda həyata keçirib. Artıq oğurlanan iribuynuzlu heyvanlar polis əməkdaşları tərəfindən aşkarlanaraq zərərçəkmişlərə qaytarılıb. Hazırda rayon polis şöbəsində faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə