Yasamal rayonu ərazisindəki bazarda partlayıcı qurğu yerləşdirilib?

Yasamal rayonu ərazisindəki bazarda partlayıcı qurğu yerləşdirilib?

Bakı şəhəri, Yasamal rayonu ərazisindəki bazarda partlayıcı qurğu yerləşdirilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan kimi dərhal müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin edib, daha sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə bazarda və yaxınlığında axtarış işləri aparıb.Axtarış nəticəsində şübhəli əşya aşkar edilməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə