Azərbaycan saytlarına edilmiş haker hücumları ilə baglı rəsmi münasibət açıqlandı
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycan saytlarına edilmiş haker müdaxilələrinə münasibət bildirib. Onun sözlərinə görə yanvarın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamentinin serverlərində yerləşən müxtəlif qurumların saytlarına haker müdaxilələri baş verib. Müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir. Lakin ölkədə İnternetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmayıb. Hazırda müdaxilə olunmuş saytların fəaliyyəti bərpa edilib və işlək vəziyyətdədir.Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, belə əməllərdən çəkinməyə çağırırıq. Hazırda baş vermiş faktın ətraflı araşdırılması aparılır və onlar əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB