Daha bir sayt dağıdıldı

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi və "Əlillər Dünyası" qəzetinin 2 il əvvəl yaradılmış www.bec.az saytı 16 yanvar 2012-ci il tarixində hakerlər tərəfindən dağıdılıb.

Qurumdan SİA-ya verdiyi xəbərə görə, illərlə çox çətinlik və zəhmət hesabına görülən işlər haqqında məlumatlar saytda öz əksini tapmışdı. Əlillərin saytın tərtibatında çəkdiyi əziyyətlər, gördüyü işlər barədə məlumatların belə qəddarcasına məhv edilməsi kimə və nəyə lazım idi? Ümidini Birliyə bağlayan əlillərə bu amansız bir mənəvi zərbə oldu. Onsuz da əzabkeş olan əlillərə bir bu gün çətindir, bir də həmişə....

Məlumat üçün bildiririk ki, www.bec.az saytı iki il əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təmənnasız olaraq yaradılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə