Bəxtiyar Sadıqov: “2012-ci ildə də Mətbuat Şurasının qarşısında ciddi vəzifələr durur\"

Bəxtiyar Sadıqov: “2012-ci ildə də Mətbuat Şurasının qarşısında ciddi vəzifələr durur\"

Azərbaycan Mətbuat Şurası (MŞ) bütövlükdə oturuşmuş liqitim bir qurumdur. Artıq bizim hədəflərimiz var. Bunu Səs TV-yə müsahibəsində millət vəkili, \"Azərbaycan\" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov MŞ-in yanvarın 12-də ötən ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclasına münasibət bildirərkən deyib.


Baş redaktor qeyd edib ki, Mətbuat Şurası Azərbaycanda söz və mətbuat azadlığına inkişafına, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, azad sözün qorunmasına və inkişafına xidmət edən bir qrumdur: \"Bununla belə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsilə də Azərbaycan mətbuatının maddi-texniki bazasının möhkəmlənməsinə, jurnalistlər arasında fərdi müsabiqələrin keçirilməsi və onların mükafatlandırılması sahəsində də uğurlu fəaliyyətlər davam etdiririlir".

O, ötən dövr ərzində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı MŞ-da bir sıra layihələrin gerçəkləşdirildiyini, yerlərdə, rayonlarda müntəzəm görüşlərin keçirildiyini deyən B.Sadıqov əlavə edib ki, 2012-ci ildə də qarşıda duran vəzifələr var: \"Hesab edirəm ki, bu ildə də uğurlu nailiyyətlər əldə olunacaq və mətbuat, söz azadlığı daim gündəmdə olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə