Məşhur Quba xalçalarına maraq azalıb-FOTO

Məşhur Quba xalçalarına maraq azalıb-FOTO

Xalçaçılıq Azərbaycan xalq-tətbiqi incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biri sayılır. İncəsənətin Azərbaycan xalqı tərəfindən sevilən bu növü əsrlərlə nəsildən-nəsilə qayğı ilə verilib. Onun naxışlarının dili, kaloriti hər kəsə yaxın və aydın olmuşdur. Naməlum sənətkarlar bədii kamilliyi ilə indi də sevilən, təəccübləndirən nadir "Çiçi" xalçalarından artıq belə getsə, əsər-əlamət qalmayacaq.

Qubada qadın ustaların əlləri ilə yaradılan gözəl "Çiçi" xalçalar və xalça məlumatları Sankt-Peterburqda "Ermitaj", Londonda "Viktoriya" və "Albert", Vaşinqtonda "Tekstil", Parisdə "Luvr", İstanbulda "Topqapı" kimi dünyanın böyük muzeylərini, habelə Bakıda "Azərbaycan xalçaları" muzeyini və Azərbaycan tarixi muzeylərini bəzəyir.

Quba xalçaçılıq məktəbinin mərkəzi Quba rayonudur. Rayonda bu xalçalar 3 hissəyə dağlıq, dağətəyi və ovalıq hissələrinə ayrılır. Qubanın "Pirəbədil", "Qımıl", "Sirt-çiçi" xalçaları zərif işləmələri və xırda bitki rəsmləri, parlaq boyaların sıx rəng qamması ilə insanı valeh edir. Quba xalçalarının bəzəyi həndəsi naxışlardan ibarət ornamentlərin sterilizə edilmiş nəbati, bəzən isə heyvani motivlər təşkil edir. Xalçalarda medalyonlu çeşnə üsulları geniş yayılıb. Quba xalçalarının ən parlaq kompozisiyaları "qədim" "minarə", "qımıl", "alpan", "qollu çiçi", "qırız" və "cek" xalçalarıdır. Dünyada öz adı ilə tanınan qədim tarixə malik olan, London muzeylərində qorunub saxlanan qədim "Çiçi" xalçalarının bu günkü gündə toxunmamasına səbəb Çiçi kəndində gənc nəslin bu sənətə marağının tamamilə azalmasıdır.

Ötən əsrin 80-ci illərində Çiçi kəndində xalçaçılıq sexi fəaliyyət göstərirdisə, indi həmin sexdən əsər-əlamət qalmayıb.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə