Qubada canavarlar kəndə hücum edib

Qubada canavarlar kəndə hücum edib

Qubanın mərkəzindən 57 km aralıda yerləşən Çiçi kəndi canavarların hücumuna məruz qalıb.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, 1 ay ərzində kəndin iri və xırdabuynuzlu heyvanlarını parçalayan canavarlar kənd sakinlərini qorxuya salıb. Son bir ay ərzində ac canavarlar 20-yə yaxın iri və xırdabuynuzlu heyvanları parçalayıb.

Kənddə 200-dən çox ev olsa da sakinlərin heç birində ov tüfəngi yoxdur. Elə buna görə də çarəsiz qalan kəndlilər canavarlara heç bir təsir göstərə bilmirlər.


Emin Kərimov.


Bütün xəbərlər Facebook səhifəmizdə