Rüfət Hacıəlibəyov Microsoft Azərbaycan şirkətinin baş meneceri vəzifəsinə təyin edilib. SİA-nın xəbərinə görə, R.Hacıəlibəyov yeni vəzifəsinə 23 yanvarından başlayacaq. Microsoft Azərbaycan şirkəti Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.
Rüfət Hacıəlibəyov Microsoft şirkətinə satışlar, marketinq və İKT sektorunda insanların idarəedilməsi sahəsindəki 16 illik təcrübəsini gətirəcək. Bu təyinatdan əvvəl Rüfət Hacıəlibəyov təxminən səkkiz il ərzində Hewlett-Packard şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
HP-də çalışdığı müddət ərzində o, şirkətin əməliyyat fəaliyyətinə, satışlara, marketinqə, həmçinin müştəri və tərəfdaşların cəlb edilməsinə, servis, maliyyə və insan qaynaqlarının idarəedilməsinə məsuliyyət daşıyıb. 1975-ci ildə təsis edilmiş Microsoft şirkəti (Nasdaq "MSFT") insanlara və bizneslərə öz tam potensiallarının reallaşdırılmasına köməklik edən proqram təminatı, xidmətlər və həll yolları sahəsində dünyada liderdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB