Bakının mərkəzində güclü yanğın olub

Bakının mərkəzində güclü yanğın olub
Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb. Təxminən 05.20 radələrində yanğınsöndürmə əməliyyatının aktiv fazası dayandırılıb. Lakin binanın damı tüstülənməkdə davam edir. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi hələ də hadisə yerindədir. Qeyd edək ki, gecə ərzində dəfələrlə binanın tüstülənməkdə olan hissələri yenidən alovlanıblar. Qeyd edək ki, binanın bəzi sakinləri təxminən saat 04.00-dan sonra əşyalarını mənzillərdən çıxarmağa başlayıblar. Xatırladaq ki, yanğın dünən gecə saat 23.30 radələrində Rəşid Behbudov küçəsi 20 ünvanında yerləşən beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Daha sonra yanğın yayılaraq binanın damına keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə