Sabah axşamdan etibarən şimal və şimal-qərb rayonlarından başlayaraq, ölkə ərazisində havanın temperaturu aşağı enəcək. SİA-nın verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev trend agentliyinin müxbirinə deyib.
Onun sözlərinə görə, sabah ölkə ərazisində havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək. Bakı və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənməsi gözlənilir. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Yanvarın 17-dən 19-dək Abşeron yarımdasında gözlənilən küləkli hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB