Sabah bir necə rayonda qaz olmayacaq

Sabah bir necə rayonda qaz olmayacaq

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq. Sabah səhər saatlarından etibarən təmir işləri ilə əlaqədar "Ucar" Qazpaylayıcı Stansiyasında, həmçinin "Azadkənd-İmişli" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla, rayonun Gəraybəyli, Rəstəcə, Qarabörk kəndlərinə, eyni zamanda Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə