“Ölüm saçan gübrə biznesi”, yoxsa bəzi qəzetləri öldürən populizm virusu
Bu gün Azərbaycanda aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmlənməkdədir. Eyni zamanda makroiqtisadi sabitlik qorunub saxlanılır, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.
Bu məqsədlərə nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra sahəvi Dövlət Proqramları qəbul edilib və uğurla icra olunur.
Kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir güstərib və ərzaq təhlükəsizliyi təmin edilib.
Təbii ki, ölkədə ərzaq bolluğunun yaradılması üçün dənli bitkilərə aqrotexniki qulluğun göstərilməsi də vacib elementlərdəndir. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumları əkin dövründə mümkün vasitələrdən, sınaqdan çıxarılmış üsullardan istifadə edirlər ki, itkilərə yol verilməsin. Zərərvericilərə qarşı mübarizədə kimyəvi metodların alternativsiz olduğunu nəzərə alsaq gübrələrin, müxtəlif kimyəvi maddələrin məhsuldarlığın artmasına necə təsir etdiyini anlamaq olar. Amma...
"Əmma"sı da budur ki, kütləvi informasiya vasitələrində bəzi "mütəxəssislər" yeri gəldi, gəlmədi populist çıxışlar edir, özlərini canıyanan kimi göstərir, kənd təsərrüfatı sahəsində, necə deyərlər, saç ağartmış insanların əməyini yerə vurmağa çalığırlar. Bu günlərdə adını çəkmək istəmədiyimiz (bu onlar üçün reklam olardı – red.) mətbuat orqanlarında "İsmət Abbasovun ölüm saçan gübrə biznesi" başlığı altında material dərc olunub. Məsələyə aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən birdirdilər ki, yazılanlar qərəzli, həqiqətə uyğun olmayan, dolaşıq sözlər toplusu olmaqla, mütəxəssis nöqteyi-nəzərindən əsassızdır. Məqalədə göstərilənlər konkret faktlara söykənmir və heç bir əsası olmayan dəlillər səsləndirilir. Qurumdan onu da bildirdilər ki, material qeyri-peşəkar hazırlanıb, jurnalistin subyektiv maraqlarına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB