Taksi sürücüləri aksiya keçirdi

Taksi sürücüləri aksiya keçirdi

Bu gün taksi sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyasına keçiriblər. SİA-nın məlumatına görə, aksiyaya 200-ə yaxın sürücü qatılıb. Onlar Nazirliyin qarşısındakı yolu bağlayaraq, sürücülərə yaradılacaq məhdudiyyətlərlə bağlı şüarlar səsləndiriblər. Dərhal hadisə yerinə gələn polisin müdaxiləsindən sonra yolda avtomobillərin hərəkəti bərpa edilib. Taksi sürücülərindən bir neçəsi Nəqliyyat Nazirliyinin səlahiyyətli şəxsləri ilə danışıqlar üçün Nazirliyə daxil olub.

Qeyd edək ki, taksi sürücüləri Nəqliyyat Nazirliyinin nəzərdə tutduğu islahatların, xüsusilə də \"sovet maşınları\" kimi tanınan avtomobillərlə vətəndaşlara taksi xidməti göstərməyin yasaqlanmasına etiraz ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə