Gənc Liderlər üçün Qış Universiteti- \"Sığortalı Gələcək”

Gənc Liderlər üçün Qış Universiteti- \"Sığortalı Gələcək”

"İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə bu il də "Gənc Liderlər üçün Qış Universiteti- Sığortalı Gələcək" layihəsini həyata keçirməyi planlaşdırır. SİA-nın xəbərinə görə, düşərgə Azərbaycanın Qəbələ rayonunda Qafqaz Resort Oteldə təşkil olunacaq. 5 gün müddətində davam edəcək və 110 nəfəri özündə birləşdirəcək bu düşərgədə əvvəlki düşərgələrdəki fəaliyyətlər daha da ətraflı və effektiv şəkildə həyata keçiriləcək.

"Sığortalı Gələcək" adlanan bu dəfəki Qış Universitetində daha çox iqtisadi biliklərin tədris olunmasına üstünlük veriləcək. Əsasən sığorta, biznes, kommunikasiya, iqtisadiyyat mövzularında, eləcə də natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə mövzularında təlimlər keçiləcək qış universiteti həmçinin bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət görən şəxsiyyətləri də qonaq edəcək.

Layihədə iştirak etmək istəyən şəxslər 25 Yanvar 2012 tarixinə qədər "İRƏLİ" İctimai Birliyinin rəsmi saytında yerləşdirilmiş ərizə formasını doldurmalıdırlar. Daha öncə \"İRƏLİ\" İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənc liderlər üçün Yay/Qış Universiteti layihələrinin iştirakçıları bu layihədə iştirak edə bilməzlər. Seçimlərin nəticələri yanvarın 26-da e-mail vasitəsilə açıqlanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə