Orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına start verilib

Orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına start verilib

Bu gündən orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına start verilib. SİA-nın xəbərinə görə, ilkin mərhələdə imtahanda beş ildən artıq tibb müəssisələrində tibbi fəaliyyətdə olmayıb, könüllü qaydada hazırlıq kurslarını keçən 60 nəfər tibb bacısı iştirak edib.

İmtahanın şərtlərinə görə 100 sualdan ən azı 60 suala düzgün cavab verən mütəxəssislər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar. İmtahanın nəticələri yanvarın 17-də açıqlanacaq. Tibbi fəaliyyətdə olan tibb bacıları üçün növbəti imtahan yanvarın 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə